Futbol üzrə Cənubi Koreya çempionatında yeni mövsümün ilk turunun oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, çempionatın startının təxirə salınmasına səbəb ölkədə koronavirus xəstəliyinin yayılmasıdır. Yerli çempionatın startı fevralın 29-na nəzərdə tutulmuşdu.
 
Son günlərdə Cənubi Koreyada koronavirusa yoluxanların sayı kəskin artmaqdadır.
 
Cənubi Koreya çempionatının başlama vaxtı yaxın zamanda elan ediləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest