Futbol üzrə İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Vulverhempton"un U-23 komandası da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Derbi Kaunti"nin U-23 kollektivi ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matç "Vulverhempton"un məğlubiyyəti ilə başa çatıb – 1:3.
 
Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
H qrupunda yer alan və keçirdiyi 6 oyuna 9 xal toplayan "Vulverhempton" "Derbi Kaunti"nin (12 xal) ardından ikinci yeri tutub və pley-off mərhələsinə vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest