Azərbaycan yığması Millətlər Liqasının ilk mövsümündəki çıxışını başa vurub. Matç.az saytı xəbər verir ki, millinin baş məşqçisi Qurban Qurbanov son üç ayı əhatə edən turnirdə 21 futbolçuya güvənib.

Bu oyunçulardan yeddisi - Riçard Almeyda, Mahir Mədətov, Dmitri Nazarov, Pavel Paşayev, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev bütün matçlarda meydana çıxıb. Onlardan sonuncu “üçlük” 6 qarşılaşmanı əvəzolunmadan keçirib. Söhbət “Qarabağ”ın üzvləri Bədavi, Qara və Maksimdən gedir. Təmkin Xəlilzadə və Kamran Ağayev isə yalnız bir qarşılaşmanı kənardan izləyib. Sonuncunun zədələnməsi yığmanın iki qapıçıdan yararlanması ilə nəticələnib. Kamranın həmsoyadı Səlahət iki dəfə meydana çıxıb.

Millimizin vurduğu 6 qola gəlincə, 4 futbolçumuz rəqib qapısına yol tapıb. Dmitri Nazarov və Riçard Almeyda hərəyə 2, Təmkin Xəlilzadə və Araz Abdullayev 1 dəfə fərqlənib. Riçard yeganə penalti şansımızı qola çevirib. Elə qapımıza təyin olunan 11 metrlik cərimə zərbəsi də dəqiq olub.

Turnirdə 2 kapitanı olan millini 5 dəfə Kamran Ağayev, 1 dəfə Maksim Medvedev sarğı ilə meydana çıxarıb. Yığmamız Millətlər Liqasında 8 sarı vərəqə ilə cəzalanıb. Dmitri Nazarov daha çox – 2 xəbərdarlıq alıb.

futbolçu

O

D

Q (P)

 S (K)

SV

QV

Bədavi Hüseynov

6

540

0

6

0

0

Maksim Medvedev

6

540

0

6 (1)

1

0

Qara Qarayev

6

540

0

6

1

0

Riçard Almeyda

6

537

2 (1)

6

1

0

Mahir Mədətov

6

500

1

6

0

0

Dmitri Nazarov

6

472

2

5

2

0

Pavel Paşayev

6

465

0

6

0

0

Kamran Ağayev

5

405

-2 (1)

5 (5)

0

0

Təmkin Xəlilzadə

5

344

1

3

1

0

Araz Abdullayev

4

334

1

4

1

0

Rüfət Dadaşov

4

303

0

3

1

0

Rahil Məmmədov

3

154

0

2

0

0

Emin Mahmudov

3

125

0

2

0

0

Ruslan Qurbanov

3

87

0

1

0

0

Cavid İmamverdiyev

3

49

0

0

0

0

Ürfan Abbsov

2

146

0

1

0

0

Səlahət Ağayev

2

135

-4

1

0

0

Ramil Şeydayev

2

96

0

1

0

0

Rauf Əliyev

2

84

0

1

0

0

Mirabdulla Abbasov

2

39

0

0

0

0

Əfran İsmayılov

1

45

0

0

0

0

O – oyun, D – dəqiqə, Q (P) – qol (penaltidən), S (k) – start heyətdə (kapitan kimi), SV – sarı vərəqə, QV – qırmızı vərəqə.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest