Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Arsenal”ın əsas hədəfi Çempionlar Liqasına vəsiqə qazanmaqdı. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu “topçular”ın baş məşqçisi Unay Emeri deyib.

İspaniyalı mütəxəssis, əsasən də, Premyer Liqada yuxarı pillələrdən birini tutmaq niyyətində olduqlarını vurğulayıb: “Bizim üçün prioritet hədəf Premyer Liqadı. Mövsümü ilk “4-lük”də bitirmək istəyirik. Ən nüfuzlu klub turniri olan Çempionlar Liqasına qayıtmağı arzulayırıq. Bunu etmək üçün iki yolumuz var – Premyer Liqa və Avropa Liqası. Hər iki variant asan deyil. Ancaq hər iki cəbhədə ən yaxşısını etmək istəyirik. Kubok qazana biləcəyimiz bütün turnirlər vacibdi. Ölkədaxili kubok yarışlarını da qazanmağa çalışacağıq. Üçüncü məqsədimiz azarkeşlərlə münasibətləri yaxşılaşdırmaqdı. Komandanın enerjili və daim uğur üçün ac olmasını istəyirik”.

Qeyd edək ki, hazırda Premyer Liqada 5-ci pillədə qərarlaşan “Arsenal” Avropa Liqasında qrupdan çıxmağı təmin edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest