Argentina Super Liqasında 2019/20 mövsümünün qalibi məlum olub.
 
Matc.az xəbər verir ki, son turda Dieqo Maradonanın rəhbərlik etdiyi "Ximnasiya"nı 1:0 hesabıyla məğlub edən "Boka Xuniors" çempion olub.
 
Sonuncu tura "Boka Xuniors"un 1 xal önündə girən"River Pleyt", səfərdə "Atletiko Tukuman"la qollu bərabərə qalaraq, çempionluğu "Boka Xuniors"a verib.
 
"Boka Xuniors" tarixində 34-cü dəfə Super Liqanın qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest