"Tottenhem"in futbolçusu Yan Vertongenin evi qarət olunub. Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
 
"Tottenhem"in çempionlar Liqasında "Leyptsiq"ə məğlub olduğu (0:3) matç zamanı naməlum dörd şəxs Vertongenin evinə girib. Hadisə zamanı müdafiəçinin həyat yoldaşı və iki uşağı evdə olub.
 
Qarətçilər evdə olanları bıçaq və maçete ilə təhdid edərək, pul və qiymətli əşyaları oğulayıblar. Polis hazırda məsələ ilə bağlı araşdırma aparır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest