İsveçrə Futbol Federasiyasının prezidenti Dominik Blankda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, 70 yaşlı futbol funksioneri boğaz ağrısı və öskürəklə bağlı şikayətlərinə görə həkim müayinəsindən keçib. Bu zaman onun koronavirusa yoluxduğu müəyyənləşib.
 
Blankın xəstəliyi üzə çıxan kimi federasiya binasının bu gündən etibarən fəaliyyətini dayandırdığı və digər işçilərin də nəzarətə götürüldüyü diqqətə çatdırılıb.
 
Xatırladaq ki, ötən gün Serbiya Futbol Federasiyasının prezidenti Slaviş Kokezada koronavirus aşkarlanmışdı. Kokeza və Blank mart ayının əvvəlində Niderlandın paytaxtı Amsterdamda təşkil olunan UEFA-nın 44-cü konqresində iştirak etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest