Filipp Koutinyo "Barselona"da qalacaq. Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilir ki, Kataloniya təmsilçisi futbolçunu 2021-ci ilə qədər saxlamağa məcbur olub. Klub rəhbərliyi oyunçunu 80 milyon avroya satmaq istəsə də, koronavirus pandemiyasının yaratdığı böhran səbəbindən futbolçuya alıcı tapılmır.

Hazırda icarə əsasında "Bavariya"da çıxış edən Koutinyo Münhen təmsilçisində gözlənilən performansı göstərmədi. Bu səbəbdən də rəhbərlik onu transfer etməkdən imtina edib.

Braziliyalının mövsüm sonunda yenidən "Barselona"ya qayıdacağı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest