“Real”ın futbolçusu Eden Azar ölkə mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, belçikalı Madrid klubundakı çıxışından və koronavirus epidemiyasından danışıb:

“İspaniyada ilk mövsümü adaptasiya ili olaraq görürəm. Performansımı qiymətləndirmək üçün növbəti mövsümü gözləmiliyik. Heyətimiz yaxşıdır. Gələn il uğurlu mövsüm keçirməyim öz əlimdədir. “Real” mənim üçün yaxşı təcrübədir. Hələ bu klubla 4 illik müqaviləm var. Hazırda hər kəs koronavirusla mübarizə aparır. Bu elə bir şeydir ki, “mənə heç nə olmaz” deyə bilməzsiniz.  Açığı, hamı kimi mən də biraz qorxuram. Bütün gün evdə oluram. Gəlib-gedən olmur. Xüsusən də başqalarına keçirməməyiniz üçün diqqətli olmalısınız. Əsas olan budur”.

Qeyd edək ki, Azar 100 milyon avro qarşılığında “Çelsi”dən “Real”a keçib. O, bu mövsüm keçirdiyi 15 oyunda 5 qol vurub və bir məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest