“Barselona”nın futbolçularının bir qismi məvaciblərinin azaldılması fikriylə razı deyil.
 
Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 
 
“Barselona”nın prezidenti Xosep Maria Bartomeu klubun maliyyə itkilərini minimuma endirmək üçün futbolçuların məvaciblərini 70 faiz azaltmaq istəyir.
 
Kataloniya təmsilçisinin futbolçularının bəzisi bu təkliflə razıdır, bəziləri isə yox.
 
“Barselona” rəhbərliyi koronavirus pandemiyası səbəbiylə futbolda fasilə yarandığı üçün gəlirlərin olmaması və maliyyə itkilərini minimuma endirmək üçün futbolçularla razılaşmaq niyyətindədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest