İspaniyanın “Valensiya” klubunun 25 üzvü koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
 
Xəbərdə, “Valensiya”nın əsas komandasının 10 futbolçusunun koronavirusa yoluxduğu bildirilib. Digər 15 şəxs də klubda çalışır. Koronavirusa yoluxan şəxslərin adları bəlli deyil.
 
“Valensiya”nın bir müddət əvvəl yaydığı açıqlamada, klubun 35 faizinin koronavirusa yoluxduğu bildirilmişdi. “Yarasalar”ın futbolçuları Esekiel Qaray, Elyakim Manqala və Xose Luis Qayada koronavirus aşkarlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest