Argentinanın "Boka Xuniors" klubunun hücumçusu Karlos Teves koronavirus pandemiyasının futbolçuların maddi durumuna tez bir zamanda təsir etməyəcəyini düşünür.
 
Matc.az xəbər verir ki, Argentina millisinin sabiq üzvü futbolçuların bu durumda çətin vəziyyətdə olan insanlara kömək etməyə borclu olduqlarını bəyan edib:
 
"Futbolçu maaş almadan 6 ay, hətta 1 il də yaşaya bilər. Ailəsini qidalandırmaq üçün səhər saat 6-da evdən çıxıb, axşam 7-də qayıdan insanların işi isə çətindi. Biz onlar kimi ümidsiz deyilik. Belə vəziyyətdə biz misal göstərilməməliyik, əksinə kömək etməliyik. Mənim kimi evdə uşaqlarının qidası olanlara asandı. Evdən çıxa bilməyən çarəsiz insanlar üçün narahatam. Evdən çıxmaq məcburiyyətində qalacaqlarsa, həbs olunacaqlar. Uşaqlarının qarnını doyura bilmirlər. Bu, həqiqətən üzücü bir durumdu. Dövlət yardım edə bilər, amma bu, yetərli deyil. İndi fərqli durumdayam, amma vaxtilə mənim də masaya yemək qoyacaq qədər pulum olmadığı zamanlar olub".
 
Qeyd edək ki, Argentinada 1133 nəfər koronavirus pandemiyasına yoluxub, 34-ü dünyasını dəyişib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest