İtaliyanın "Milan" klubunun gənc futbolçusu Daniel Maldini koronavirus pandemiyasına qalib gəlib.
Matc.az xəbər verir ki, bu barədə 18 yaşlı hücumçu "İnstaqram" hesabında məlumat yayıb:
"özümü yaxşı hiss edirəm. Məndə artıq heç bir simptom yoxdu. Fərdi məşqlər etməyə başlamışam".
Qeyd edək ki, Daniel "Milan" klubunun texniki direktoru Paulo Maldininin oğludu. Onların hər ikisində martın 21-də koronavirus aşkarlandığı açıqlanmışdı. Ata Maldininin müalicəsi hələ də davam edir.