“Real” “Napoli”nin futbolçusu Fabian Ruisi heyətinə qatmaq niyyətindədir. Matc.az xəbər verir ki, “kral klubu” oyunçu üçün qarşı tərəfə Lukas Vaskesi təklif edəcək.

Məlumata görə, Madrid klubu Fabianı transfer etmək üçün oyunçuları dəyişdirməyi düşünür. Ancaq “Napoli” rəhbərliyi buna razı deyil. İtaliya klubu qarşı tərəfdən əlavə 10 milyon avro tələb edir. 24 yaşlı futbolçu ötən il “Betis”dən 30 milyona transfer olunmuşdu.

Ruis bu mövsüm komandası ilə 32 oyun keçirib və 5 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest