"Yuventus"un forvardı Duqlas Kosta yayda "Mançester Siti"yə keçə bilər. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Turin klubu 29 yaşlı braziliyalı üçün gələn təklifləri dinləməyə hazırdır. Buna səbəb futbolçunun çox zədələnməsidir. “Mançester Siti”nin baş məşqçisi Pep Qvaridola Kostanı heyətində görmək istəyir. 29 yaşlı hücumçu “Bavariya”da da ispaniyalı mütəxəssisin rəhbərliyi altında çıxış etmişdi.

Qeyd edək ki, Douqlas Kosta bu mövsüm 18 qol vurub.               

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest