"BBC"-nin məlumatına görə, UEFA milli çempionatların tamamlanmasını tələb edir. Ancaq bununla yanaşı, avrokubok görüşləri üçün də bir neçə variant var

UEFA koronavirus pandemiyası səbəbindən dayandırılan turnirlərin bərpa edilməsinin yollarını axtarır. Matc.az xəbər verir ki, qrumun İcraiyyə Komitəsinin bu gün keçirəcəyi toplantıda mühüm qərarlar qəbul edəcək.

"BBC"-nin məlumatına görə, UEFA milli çempionatların tamamlanmasını tələb edir. Ancaq bununla yanaşı, avrokubok görüşləri üçün də bir neçə variant var. çempionlar Liqasının finalının daha öncə avqustun 29-da oynanılması istəndiyi bildirilmişdi. Ancaq dörddəbir və yarımfinal qarşılaşmaları ilə bağlı yeni bir iddia təklif verilib. Belə ki, sözgüdən mərhələlər bir oyundan ibarət olacaq. Bu matların isə avqustun 11-12-də keçiriləcəyi ehtimal edilir.

çünki UEFA pandemiya səbəbindən ölkələrrarası kütləvi gediş-gəlişin olmasını təhlükəsizlik baxımından düzgün hesab etmir.

Milli çempionatlar üçün isə yekun tarix 31 iyuldur. Xəbərdə ölkə liqaları bitmədən avrokubokların yekunlaşmayacağı qeyd edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest