İtaliya klubların iyunun 13-də bərpa olunacağı elan edilən A Seriyasının 2019/20 mövsümünün qalan hissəsinə hazırlığı davam etdirirlər.
 
Matc.az xəbər verir ki, ölkə rəhbərliyi hələlik futbolçuların klub bazasında fərdi qaydada, sosial məsafə qaydalarına əməl etmək şərtilə məşq etməsinə icazə verir.
 
Çünki koronavirus pandemiyası ilə əlaqədar İtaliyada hələ də karantin qaydaları tətbiq olunmaqdadı. Amma A Seriyası təmsilçilərindən “Latsio” bu qadağalara məhəl qoymur. “Corriere della Sera” nəşrinin yazdığına görə, paytaxt təmsilçisinin futbolçuları nəinki sosial məsafəni qorumurlar, hətta komanda halında məşq edib, ikitərəfli oyunlar da keçirirlər.
 
Qeyd edək ki, İtaliyada klubların komanda halında məşqlərə başlamasına mayın 18-dən sonra icazə veriləcəyi açıqlanıb. Bu üzdən də “Latsio”nun bu tarixdən öncə ümumi məşqləri bərpa etməsi birmənalı qarşılanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest