"Leyptsiq"in hücumçusu Timo Verner karyerasını "Liverpul"da davam etdirə bilər. Matc.az "Bild"ə istinadən xəbər verir ki, "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp futbolçu ilə əlaqə saxlayıb.

Məlumata görə, 21 yaşlı forvard "Liverpul"a keçməkdə maraqlıdır. Daha öncə o, almaniyalı mütəxəssislə çalışmaq istədiyini bildirmişdi.

Vernerin müqaviləsində komanda çempion ola bilmədiyi təqdirdə qiymətinin 50 milyon avro olacağı qeyd edilib. "Liverpul" isə bu məbləği ödəyə biləcək gücdədir. Kloppun oyunçu ilə əlaqa saxlaması transferin gərçəkləşmə ehtimalını artırıb.

Almaniyalı forvard cari mövsüm Bundesliqada 27 oyun keçirib və 24 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest