"Mançester Yunayted"ın forvardı Aleksis Sançez İtaliyada qalacaq. Matc.az “Tuttosport”a istinadən xəbər verir ki, çilili hücumçu daha bir il də “İnter”də qalacaq.

Məlumata görə, baş məşqçi Antonio Konte futbolçunun icarə müddətinin uzadılmasını istəyib. İtaliyalı mütəxəssis növbəti mövsüm komandanın hücum xəttini yeniləmək niyyətindədir.

 Belə ki, Lautaro Martinesin “Barselona”ya keçməsi gözlənilir. Bunun üçün də rəhbərlik Aleksislə yanaşı, PSJ-nin hücumçusu Edinson Kavanini də heyətə cəlb etməyi planlaşdırır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest