Fransanın "Sent-Etyen" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi gənc hücumçu Jan-Filipp Krassonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Epinal"dan transfer olunan 22 yaşlı forvardla 2023-cü ilin iyun ayına kimi müqavilə bağlanılıb.
 
Krasso bu mövsüm "Epinal"ın heyətində xüsusilə Fransa kuboku çərçivəsindəki performansı ilə diqqət mərkəzinə düşmüşdü. O, bu komandada 5 kubok matçında 4 qola imza atmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest