"çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante fərdi proqram üzrə məşqlərə başlayıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Futbolçu koronavirusa yoluxmaqdan qorxduğu üçün komanda ilə məşqlərdən imtina edib. Bunun ardından rəhbərlik Kante ilə görüşüb və ona evdə çalışmağa icazə verib. Məşqçilər heyətinin oyunçu üçün xüsusi proqram tətbiq etdiyi bildirilir.

Qeyd edək ki, Kante cari mövsüm "çelsi"də 18 oyun keçirib və 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest