PSJ  "İnter"in hücumçusu Mauro İkardi üçün klubla razılığa gəldi. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Paris klubu A Seriyası təmsilçisinə 50 milyn avro ödəyəcək.

Məlumata görə, PSJ komandanıın çıxışına əsasən, “İnter”ə daha 4 milyon bonus verə bilər. İkardinin yeni klubu ilə 4 illik müqavilə imzaladığı bildirilir. Argentinalı forvardın illik maaşı 10 milyon avro olacaq.

Qeyd edək ki, hücumçu mövsümü icarə əsasında PSJ-də keçirib. O, komandası ilə çıxdığı 31 matçda 20 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest