"Napoli"nin müdafiəçisi Kalidu Kulibali karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az "Sky Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted" oyunçunun xidmətində maraqlıdır.

Məlumata görə, "qırmızı şeytanlar" Kulibali üçün 80 milyon avro verməyə hazırdır. Ancaq "Napoli" müdafiəçiyə 100 milyon qiymət qoyub. 28 yaşlı futbolçunun daha öncə "Liverpul"un da hədəfində olduğu bildirilir.

Kulibalinin klubu ilə müqaviləsi 2023-cü ilə qədərdir. O, cari mövsüm komandasının heyətində 21 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest