Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi İspaniyanın “Vilyarreal” klubundan Alvaro Qonsalesin transferini tamamlayıb.
 
Bu barədə Marsel klubunun mətbuat xidməti məlumat yayıb.
 
30 yaşlı müdafiəçi geridə qalan mövsümü icarə əsasında “Olimpik”də keçirmişdi. Fransa klubu birdəfəlik transfer etmə bəndindən istifadə edərək, Qonsalesin keçidini həll edib. Onunla 3 illik müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest