Danimarka Kubokunun final matçı 15 dəqiqəlik dayandırılıb. Matc.az xəbər verir ki, buna səbəb azarkeşlərin sosial məsafə qaydasını pozmaları olub.

"Olborq" və "Sönneryüsk" komandaları arasındakı görüşü baş hakim 30-cu dəqiqədə saxlayıb. "Olborq"un azarkeşləri koronavirus pandemiyası ilə əlaqədar tövsiyə olunan sosial məsafə qaydasına əməl etməyiblər. Nəticədə bəzi tərəfdarlar stadiondan çıxarılıb.

Qeyd edək ki, matç "Sönneryüsk"ün 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest