PSJ-nin müdafiəçisi Tiaqo Silva "Arsenal"a keçə bilər. Matc.az "Daily Mail"ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu mövsüm sonu Paris klubundan ayrılacaq.

Bildirilir ki, London təmsilçisində çıxış edən braziliyalı müdafiəçi David Luiz həmyerlisini "Arsenal"a keçməyə razı salacaq.

Mövsüm sonu azad agent statusu daşıyacaq Silvanın da Premyer Liqada oynamağa müsbət yanaşdığı vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest