“Keşlə"nin sabiq hücumçusu Andre Klennon karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə 31 yaşlı forvard ölkəsi Yamayka mətbuatına açıqlama verib:

“Yanvarda xaricdə oynamaq şansım var idi. Ancaq koronavirus pandemiyası səbəbindın ölkədə qalmalı oldum. Məqsədim Azərbaycana və ya Asiyanın hansısa ölkəsinə qayıtmaqdır. Çünki orada çox klub mənimlə maraqlanır".

Qeyd edək ki, Andre Klennon 2018-ci ilin yanvarından ötən ilin yayına qədər "Keşlə"də çıxış edib. O, son olaraq vətənində "Humble" klubunun formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest