2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" növbəti futbolçu ilə müqavilənin müddətini artırıb.
 
Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Vüqar Mustafayev daha 1 il "gənclik şəhəri" təmsilçisinin uğurları üçün çalışacaq.
 
2019/2020 mövsümündən "Sumqayıt"da çıxış edən Vüqar Mustafayev 15 oyunda ümumilikdə 1 346 dəqiqə meydanda olub.
 
Qeyd edək ki, "Sumqayıt" daha əvvəl baş məşqçisi Ayxan Abbasov, futbolçular - Mehdi Cənnətov, Elvin Bədəlov, Vurğun Hüseynov, Rəhim Sadıxov, Murad Xaçayev, Vüqar Mustafayev, Aydın Bayramov və Camaləddin Xocaniyazovla yeni müqavilə imzalayıb, Elvin Məmmədov və Tellur Mütəllimovu isə heyətinə qatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest