"Real"ın futbolçusu Qaret Beyl gələcəyi ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, 31 yaşlı oyunçu növbəti mövsüm də Madrid klubunda qalmaq istədiyini bildirib.

Məlumata görə, Beyl bu barədə Uels millsinin baş məşqçisi Rayan Qiqqzə məlumat verib. O, davamlı oynamamasının yığmaya çağırılmasına təsir etsə belə, "Real"dan ayrılmaq fikirində olmadığını vurğulayıb. Bununla yanaşı, 31 yaşlı yarımmüdafiəçinin agenti Yonatan Barnett də Qaretin komandada qalacağını açıqlayıb.

 Xatırladaq ki, Beyl 2019/20 mövsümündə "Real"da 20 oyun keçirib və üç qol vurub. İspaniya mətbuatı onun baş məşqçi Zinəddin Zidanın gələcək planlarına daxil olmadığını yazır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest