"Məncə, onun gəlişi ilə komandada irəliləyiş olmalıdır. Hər şey nəticədən asılı olacaq. Əgər nəticə varsa, azarkeşlər Luçeskunu qəbul edəcəklə"

"Səbail"in qapıçısı Aleksandr Rıbka Mirça Luçeskunun Kiyev "Dinamo"suna baş məşqçi təyin edilməsini şərh edib. Matc.az "footbal.ua" saytına istinadən xəbər verir ki, təcrübəli qolkiper azarkeşlərin rumınıyalı mütəxəssisə olan təpkisindən də danışıb:

"Məncə, onun gəlişi ilə komandada irəliləyiş olmalıdır. Hər şey nəticədən asılı olacaq. Əgər nəticə varsa, azarkeşlər Luçeskunu qəbul edəcəklər. Əksi baş versə isə hamını dəyişdirməlisiniz. Luçesku yaxşı seçimdir. Ancaq dediyim kimi, hər şeyi komandanın çıxışından asılıdır. Bunu isə zaman göstərəcək".

Xatırladaq ki, Rıbka 2011-12 mövsümündə "Şaxtyor", 2014-16-cı illərdə isə "Dinamo"da çıxış edib. 33 yaşlı qapçı 2019-dan "Səbail"in formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest