Dünyanın ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb. Matc.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki,”Real”ın çalışdırıcısı Zinəddin Zidan siyahıda birinci pillədə yer alıb.

Dünyanın ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb. Matc.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki,”Real”ın çalışdırıcısı Zinəddin Zidan siyahıda birinci pillədə yer alıb.

Nəşrin jurnalistləri arasında keçirilən sorğunun ilk üçlüyündə Yurgen Klopp (“Liverpul”) və Xosep Qvardiola (“Mançester Siti”) qərarlaşıb.

Xatırladaq ki, fransalı mütəxəssisin başçılıq etdiyi “Real” cari mövsümü İspaniya La Liqasında çempion kimi tamamlayıb. “Kral klubu” eyni zamanda Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Mançester Siti" ilə qarşılaşacaq. Madrid təmsilçisi ilk görüşdə doğma meydanda 1:2 hesabı ilə uduzub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest