"Yuventus"un ulduz futbolçusu Paulo Dibala karyerasını İspaniyada davam etdirə bilər.  Matc.az "SportMediaset"ə istinadən xəbər verir ki, "Real" oyunçunun xidmətində maraqlıdır.

Məlumata görə, Madrid təmsilçisi argentinalı üçün Turin klubuna 100 milyon avro ilə yanaşı, Toni Kross və ya İskonu təklif etməyi düşünür. "Yuventus"un daha öncə Dibala ilə müqavilə uzatdığı bildirilsə də, hələ ki rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, 26 yaşlı hücumçu ötən mövsüm komandası ilə 45 oyun kçeirib və 17 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest