"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələdinəki rəqibi "Şkupi" Azərbaycan millisinin sabiq üzvünü heyətinə qatıb. Matc.az Şimali Makedoniya klubunun saytına istinadən xəbər verir ki, komanda Elvin Yunuszadə ilə razılığa gəlib.

27 yaşlı futbolçu yeni komandasında çıxış edəcəyindən məmnun olduğunu bildirib: "Şkupi" ilə razılığa gəldiyim üçün çox xoşbəxtəm. Komandada çox yaxşı bir atmosfer olduğunu gördüm. Dünən də mövsümün ilk oyununu izlədim və məndə komanda barədə çox yaxşı təəssürat yarandı. Dünən "Şkendiya"ya qarşı matçı izlədikdən sonra yeni transferlərlə bərabər çempionluğun əsas namizədlərindən olacağımızı düşünürəm. Məşqçinimiz çox yaxşı və gözəl bir xarakterə sahibdir. Bu komanda ilə böyük işlər görəcəyimizə əminəm. Pandemiya səbəbindən azarkeşlərimiz tribunada ola bilməyəcəklər. Lakin onlar qayıtdıqdan sonra "hər matçdan ləzət alırıq" deyəcəklər.

Qeyd edək ki, "Şkupi" Yunuszadə ilə bir illik müqavilə bağlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest