Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi açıqlanıb. 
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Bayram Bektaşa həvalə edilib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 46 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Bektaş bu postda Azərbaycan millisinin sabiq baş məşqçsi Robert Prosineçkini əvəzləyib. 
 
Bayram Bektaş daha öncə "Elazığspor", "Qaziantepspor", "ümraniyespor", "Göztəpə" və "Ankaragücü" klublarına rəhbərlik edib.
 
Qeyd edək ki, "Kayserispor" 2019/20 mövsümünü 32 xalla sonuncu pillədə başa vursa da, Türkiyə Futbol Federasiyası çempionatda komanda sayını artırıb və bölgə təmsilçisi əsas liqada qalıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest