Türkiyənin "Alanyaspor" klubunun yunan futbolçusu Emmanuil Siopisdə koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə hazırda ölkəsində istirahətdə olan futbolçunun koronavirus testindən keçdiyi və virusa yoluxduğu bildirilib. Hazırda Yunanıstanda karantinə alınan 26 yaşlı futbolçunun durumuna təkrar testdən sonra aydınlıq gələcək.
 
Türkiyənin "Ankaragücü" klubunun da bir üzvü koronavirusa yoluxub. Bu barədə Ankara təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, klubun bir əməkdaşının koronavirus testinin müsbət çıxdığı bildirilib. Virusa yoluxan şəxs ev karantininə alınıb və hazırda durumu yaxşıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest