"Neftçi"yə yuxarıdan-aşağı baxmaq olmaz, bu oyunu kompensasiya etmək mümkün olmayacaq".

Matc.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın  baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Neftçi" ilə oyunu üçün Bakıya səfər öncəsi aeroportda yerli jurnalistlərə açıqlamasında deyib.

67 yaşlı mütəxəssis daha sonra belə davam edib: “Mərhələnin 1 oyundan ibarət olması rəqib üçün yaxşı fürsətdir. Olduqca vacib oyuna çıxacağıq. Səhv istəmirəm".

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest