Futbol üzrə Avropa Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Neftçi” də növbəti avrokubok matçına çıxıb.

 
Azərbaycanın ən titullu klubu Türkiyə nəhəngi “Qalatasaray”ı qəbul edib. Bir matçdan ibarət olan və tamaşaçısız keçirilən qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutub. Dörd qolun qeydə alındığı matçda qələbəni qonaqlar bayram ediblər.
 
“Neftçi” mübarizəni dayandırdığı halda, “Qalatasaray” növbəti mərhələyə vəsiqə qazanıb.
 
Avropa Liqası
2-ci təsnifat mərhələsi
17 sentyabr
 
Neftçi – Qalatasaray 1:3
Qol: M.Mbodj, 46 – M.Diane, 19; 63. K.Luyindama, 48.
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya).
Bakı Olimpiya Stadionu.
 
Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 10. Saman Nərimancahan, 13. Prins İbara, 24. Yusuf Laval, 26. Ömər Buludov, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 2. Cabir Əmirli, 4. Renar Alves, 22. Mirabdulla Abbasov, 27. Fərid Yusifli, 29. Sabir Buqrin, 91. Tallison Dias.
Baş məşqçi: Füzuli Məmmədov.
Qalatasaray: 99. Fatih Öztürk, 4. Taylan Antalyalı, 8. Rayan Babel, 10. Yunes Belhanda, 14. Martin Linnes (k), 19. Ömər Bayram, 27. Kristian Luyindama, 36. Marselo Saraççi, 45. Markao, 54. Emre Kılınç, 90. Mbaye Diane.
Ehtiyat oyunçular: 34. Okan Koçuk, 3. Omar Elabdellaui, 9. Radamel Falkao, 15. Rayan Donk, 21. Cimmi Durmaz, 66. Arda Turan, 89. Sofian Fequli.
Baş məşqçi: Fatih Terim.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest