Futbol üzrə Almaniya Bundesliqasında yeni – 2020/21 mövsümünə start verilib.
 
Matc.az xəbər verir ki, açılış matçında son çempion “Bavariya” doğma meydanda “Şalke”ni qəbul edib. Münhen təmsilçisi bu oyunda 8 cavabasız qalib gəlib.
 
Dortmund “Borussiya”sı ilk tur çərçivəsində Münhenqladbax “Borussiya”sı ilə üz-üzə gəlib. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.
 
“Ayntraxt” – “Arminiya” matçında qalib müəyyənləşməyib. “Köln” evdə “Hoffenhaym”a, “Ştutqart” “Frayburq”a, “Verder” “Herta”ya, “Yunion” “Auqsburq”a uduzub.
 
Almaniya Bundesliqası
1-ci tur
18 sentyabr
 
Bavariya – Şalke 8:0
Qol: Qnabri: 4; 47; 59. Qoretska, 19. Levandovski, 31-pen. Müller, 70. Sane, 71. Musiala, 81.
 
19 sentyabr
 
Ayntraxt – Arminiya 1:1
Qol: A.Silva, 62 – Souku, 51.
 
Köln – Hoffenhaym 2:3
Qol: Andersson, 22. Dreksler, 86 – Kramariç, 4; 45+3-pen; 90+2.
 
Ştutqart – Frayburq 2:3
Qol: Kaladziç, 71. Vamanqituka, 81 – Petersen, 8. Sallai, 26. Qrifo, 48.
 
Verder – Herta 1:4
Qol: Selke, 69 – Pekarik, 42. Lukebakio, 45+2. Kunya, 62. Kordoba, 90.
 
Yunion – Auqsburq 1:3
Qol: Bulter, 75 – Varqas, 41. Qreqorits, 82. Han, 89.
 
Borussiya (Dortmund) – Borussiya (Münhenqladbax) 3:0
Qol: Reyna, 35. Haland, 54-pen; 77.
 
20 sentyabr
 
17:30 Leyptsiq – Maynts
20:00 Volfsburq – Bayer

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest