Futbol üzrə İngiltərə Premyer Liqasında 2-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub. 
 
Səfərdə “Sauthempton”la qarşılaşan “Tottenhem” 3 xalı 5 qolla qazanıb. “Brayton” da səfərdə “Nyukasl”ı darmadağın edib. “Lester” “Bernli”ni məğlub yola salıb.
 
Turun mərkəzi görüşü Londonda keçirilib. Son çempion “Liverpul” burda “Çelsi” ilə üz-üzə gəlib. Qonaqlar bu görüşdən inamlı qələbə ilə ayrılıblar.
 
İngiltərə Premyer Liqası
2-ci tur
19 sentyabr
 
Everton – Vest Bromviç 5:2
Qol: Kalvert, 31; 62; 66. Rodriqes, 45. Kin, 54 – Dianqana, 10. Pereyra, 47.
 
Lids – Fulhem 4:3
Qol: Kosta, 5; 57. Klix, 41-pen. Bemford, 50 – Mitroviç, 34-pen; 67. Reyd, 62.
 
Mançester Yunayted – Kristal Pelas 1:3
Qol: Van de Bek, 80 – Taunsend, 7. Zaha, 74-pen; 85.
 
Arsenal – Vest Hem 2:1
Qol: Lakazette, 25. Nketia, 86 – Antonio, 45.
 
20 sentyabr
 
Sauthempton – Tottenhem 2:5
Qol: İnqs, 32; 90 – Son, 45+2; 47; 64; 73. Keyn, 82.
 
Nyukasl – Brayton 0:3
Qol: Maupay, 4; 7. Konnolli, 83.
 
Çelsi – Liverpul 0:2
Qol: Mane, 50; 54.
 
Lester – Bernli 4:2
Qol: Barnes, 20. Piters, 50-öz qapısına. Castin, 61. Praet, 79 – Vud, 10. Danne, 73.
 
21 sentyabr
 
21:00 Aston Villa – Şeffild Yunayted
23:15 Vulverhempton – Mançester Siti

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest