Futbol üzrə Fransa çempionatında 4-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
Mövsümə uğursuz start verən son çempion PSJ bu dəfə səfərdə “Nitsa”nın qonağı olub və darmadağına sevinib.
 
İtkisiz irəliləyən “Sent-Etyen” isə bu dəfə “Nant”la səfər oyunundan heç-heçə ilə ayrılıb.
 
Fransa Liqa 1
4-cü tur
18 sentyabr
 
Olimpik (Lion) – Nim 0:0
 
19 sentyabr
 
Lans – Bordo 2:1
Qol: Qanaqo, 47. Kakuta, 59-pen – Kalu, 90+5.
 
Renn – Monako 2:1
Qol: Nzonzi, 81. Truffert, 90+1 – Ben Yedder, 28.
 
20 sentyabr
 
Nitsa – PSJ 0:3
Qol: Mbappe, 38-pen. Di Mariya, 45+1. Markinyos, 66.
 
Brest – Loryan 3:2
Qol: Perro, 30. Munye, 32. Honorat, 62 – Herelle, 34-öz qapısına. Monkonduit, 90+1.
 
Mets – Reyms 2:1
Qol: Niane, 18; 88 – Dia, 43-pen.
 
Monpelye – Anje 4:1
Qol: Suke, 18. Delor, 43; 60. Molle, 86 – Bahoken, 25.
 
Strasburq – Dijon 1:0
Qol: Mitroviç, 80.
 
Nant – Sent-Etyen 2:2
Qol: Simon, 71. Emond, 85 – Auşiş, 2. Maçon, 66.
 
Olimpik (Marsel) – Lill 1:1
Qol: Jerman, 85 – L.Arauxo, 47.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest