“Yuventus”un hücumçusu Kristiano Ronaldo İtaliya A Seriyasının ilk turunda növbəti statistik nailiyyətə imza atıb.
 
Matc.az xəbər verir ki, 35 yaşlı hücumçu “Sampdoriya” ilə görüşdə “çərçivə”yə 10 dəqiq zərbə vurmağı bacarıb. Bu isə Avropanın top-5 liqasında bütün oyunçular arasında ən yaxşı göstərici hesab olunur.
 
Portuqal forvard 3:0 hesabı ilə qalib gəldikləri matçda qol və məhsuldar ötürmə ilə də yadda qalıb. Ronaldo bu qolla öz məhsuldar seriyasını uzadıb.
 
Digər tərəfdən, təcrübəli hücumçu klub səviyyəsində ardıcıl 19-cu mövsümdə qol vurub. Bunadək Ronaldo Portuqaliya “Sportinq”i, İngiltərə “Mançester Yunayted”i və İspaniya “Real”ında fərqlənib.
 
Qeyd edək ki, Ronaldo 2018-ci ildən “Yuventus”da çıxış edir. O, bu komandada iki dəfə İtaliya çempionatının, bir dəfə isə ölkə Super Kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest