Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

 
Matc.az xəbər verir ki, bu mərhələnin qalibləri iki oyunun nəticəsinə görə müəyyən olunacaq. Pley-off mərhələsinin cavab oyunları sentyabrın 29 və 30-da keçiriləcək.
 
İlk oyun günündə 3 qarşılaşma keçirilib. Rusiyanın “Krasnodar” klubu 3-cü təsnifat mərhələsində “Benfika”nı mübarizədən kənarlaşdıran PAOK-la üz-üzə gəlib. İsrail “Makkabi”si isə “Zalsburq”la üz-üzə gəlib. Bu oyunlarda Rusiya təmsilçisi evdə, Avstriya klubu isə səfərdə əzmkar qələbəyə sevinib. Çexiya “Slaviya”sı ilə Danimarka “Midtyulland”ı arasındakı ilk qarşılaşmada isə qapılara qol vurulmayıb.
 
Pley-off mərhələsinin digər görüşləri sabah keçiriləcək.
 
UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunları
22 sentyabr
 
Krasnodar (Rusiya) – PAOK (Yunanıstan) 2:1
Qol: Klaesson, 39-pen. Kabelya, 70 – Pelkas, 32.
 
Makkabi (Təl-Əviv, İsrail) – Zalsburq (Avstriya) 1:2
Qol: Biton, 9 – Soboslai, 49-pen. Okuqava, 57.
 
Slaviya (Praqa, Çexiya) – Midtyulland (Danimarka) 0:0
 
23 sentyabr
 
23:00 Gent (Belçika) – Dinamo (Kiyev, Ukrayna)
23:00 Molde (Norveç) – Ferentsvaroş (Macarıstan)
23:00 Olimpiakos (Yunanıstan) – Omoniya (Kipr)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest