İrlandiya milli komandası Millətlər Liqasının II turunda İsrailə qarşı keçiriləcək oyunu boykot etmək imkanlarını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə "Irish Mirror" nəşri məlumat yayıb.
Bildirilir ki, İrlandiya millisinin qapıçısı Qevin Bazunu artıq İsrailə qarşı oynamamaq qərarı verib. Komandanın daha bir neçə üzvü də ona qoşula bilər. İrlandiyanın matçı tamamilə boykot etməsi də istisna olunmur.
Xatırladaq ki, bir neçə gün əvvəl İsrail və İrlandiya yığmaları arasında münaqişə yaranıb. İrlandiya millisinin baş məşqçisi Heymir Hallqrimsson İsraili Qəzza zolağının əhalisinə qarşı soyqırım törətməkdə ittiham edib, İsrail Futbol Federasiyası isə cavabında onu "axmaqlıq, cəhalət və riyakarlıq"da günahlandırıb. İsrailli oyunçular matçdan sonra irlandiyalılarla forma dəyişdirməmək qərarına gəliblər.
İsrail – İrlandiya matçı sentyabrın 27-də Macarıstanın Debretsen şəhərində keçirilməlidir. Cavab oyununu komandalar oktyabrın 4-də keçirəcəklər, mümkün etirazlara görə İrlandiya bu görüşü neytral meydana köçürüb.













