"Borussiya"nın hücumçusu Erlinq Holand "Real"ın hədəfindədir. Matc.az xəbər verir ki, "kral klubu"nun norveçli futbolçunu gələn il heyətinə qatcağı bildirilib.

Məlumata görə, İspaniya mətbuatı bunu iddia etsə də, almaniyalı həmkarlarımız Holandın komandası ilə müqaviləsinin davam etdiyini xatırladıb. 19 yaşlı hücumçunun 2022-ci ilə qədər "sarı-qaralar"ın heyətində olacağı vurğulanıb.

Futbolçunun müqaviləsində 75 milyon avro təzminat qarşılığında sərbəst qalacağı yazılsa da, bunun 2022-ci ildə qüvvəyə minəcəyi qeyd edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest