İtaliyanın "Roma" klubunun futbolçusu Rikkardo Kalafiori koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, koronavirus testi müsbət çıxan 18 yaşlı müdafiəçi karantinə alınıb. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
"Roma"da bundan əvvəl Amadu Diavarada koronavirus aşkarlanmışdı.
 
Kalafiori "Roma"nın yetirməsidir. Sol cinah müdafiəçisi sentyabrdan əsas komandaya cəlb olunub.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest