"Borussiya"nın (Münhenqladbax) futbolçusu Markus Türam UEFA çempionlar Liqasının qrup mərhələsinin "İnter"lə oyunu üçün "San Siro"ya gedərkən problemlə üzləşib.
 
Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
 
23 yaşlı hücumçu stadiona daxil olmaq istəyərkən mühafizə işçisi tərəfindən saxlanılıb. Mühafizəçi əvvəlcə Türamı tanımadığı üçün içəri buraxmaq istəməyib. Daha sonra fransız futbolçu ona "google"-də məlumatlarını, şəklini göstərib və stadionun ərazisinə daxil ola bilib.
 
"İnter" – "Borussiya" matçı 2:2 hesabıyla bitib. Start heyətdə meydana çıxan Türam, 90+5-ci dəqiqədə əvəzlənib.
 
Markus Türam Fransa millisinin sabiq üzvü Lilian Türamın oğludur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest