Futbol üzrə Fransa çempionatının 9-cu turu çərçivəsində keçirilməli olan “Olimpik” (Marsel) – “Lans” oyunu təxirə salınıb.
 
Matc.az xəbər verir ki, bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb.
 
Qarşılaşmanın təxirə salınmasına qonaq komandada koronavirusa kütləvi yoluxmaların qeydə alınması səbəb olub. Belə ki, “Lans”ın 10-dan çox futbolçusunda koronavirus aşkarlanıb. Bu üzdən də matçın təxirə salınmasına qərar verilib. 
 
Qeyd edək ki, sözügedən matç oktyabrın 30-da keçirilməli idi.
 
Daha öncə eyni səbəbdən “Lans”ın 8-ci tur çərçivəsində oktyabrın 25-nə nəzərdə tutulan “Nant”la oyunu da təxirə salınmışdı.
 
8 turdan sonra 4-cü yerdə qərarlaşan “Olimpik” (Marsel) şərikli liderlər PSJ və "Lill"dən 3 xal geri qalır. “Lans" isə 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest