Futbol üzrə İtaliya A Seriyasında 8-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
Turun açılış matçında "Latsio" səfərdə "Krotone" ilə qarşılaşıb və inamlı qələbəyə sevinib. "Atalanta" "Spetsiya" ilə səfər oyunundan xal itkisi ilə ayrılıb. "Yuventus" isə "Kalyari"ni sınağa çəkib və iki cavabsız qolla üstün olub.
 
İtaliya A Seriyası
8-ci tur
21 noyabr
 
Krotone – Latsio 0:2
Qol: İmmobile, 21. Korrea, 58.
 
Spetsiya – Atalanta 0:0
 
Yuventus – Kalyari 2:0
Qol: Ronaldo, 38; 42.
 
22 noyabr
 
15:30 Fiorentina – Benevento
18:00 Roma – Parma
18:00 İnter – Torino
18:00 Sampdoriya – Bolonya
18:00 Verona – Sassuolo
21:00 Udineze – Cenoa
23:45 Napoli – Milan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest