"Skilling open" turnirində mübarizəni dayandıran Azərbaycan şahmatçısı Teymur Rəcəbov açıqlama verib.
 
Matc.az xəbər verir ki, sosial şəbəkə hesabında fikirlərini bölüşən qrossmeyster, bunları yazıb:
 
"Bu turnir üçün Kaissaya (Şahmat ilahəsi) çox təşəkkür edirəm. Əlimdən gələni etdim. İndiyədək ən həyəcanlı turnirlərdən biri idi".
 
33 yaşlı şahmatçı yarışda çoxlu qələbələr qazandığını xatırladıb: "Uesli So ilə ilk qarşılaşma heyrətamiz idi. Daha sonra isə şansızlıq oldu. Bu turnir şahmatın möhtəşəm bayramıdır".
 
Qeyd edək ki, Teymur Rəcəbov 1/4 final mərhələsinin tay-breykində ABŞ təmsilçisi Uesli Soya armageddonda uduzub. Rəcəbov daha əvvəl isə erməni şahmatçı Levon Aronyanı məğlubiyyətə uğradıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest