"Qarabağ" köhnə-yeni oyunçusu Reynaldonu rəsmi səhifəsi vasitəsilə təqdim edib. Matç.az saytının məlumatına görə, artıq tibbi müayinədən uğurla keçən və komandada oynayacağı dəqiqləşən braziliyalı oyunçu haqqında qısa video paylaşılıb.

"Görün kim gəlib?" başlığı ilə verilən videoda ağdamlıların futbolçuları Dani Kintana, Ansi Aqolli və digərləri Reynaldonun ətrafına toplaşıblar.

Qeyd edək ki, 2013-2016-cı illərdə "Qarabağ"da çıxış etmiş hücumçunun son klubu Qazaxıstan təmsilçisi "Aktobe" olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest